
Naxçıvan Dövlət Universitetində (NDU) tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək.
Bu barədə Prezident İlham Əliyevin imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamda qeyd olunub.
Sərəncama əsasən, yataqxananın tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılıb.







































