Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İnsan hüquqları üzrə Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi

Baxış: 162
İnsan hüquqları üzrə Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi


İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 33395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməkdə şübhəli bilinən Əli Kərimli istintaq müddətində, o cümlədən saxlanıldığı istintaq təcridxanasında guya hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasına qarşı qərar qəbul edilməsi üçün İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.

Ötən müddətdə Avropa Məhkəməsi iş üzrə ərizəçinin və müdafiəçilərinin təqdim etdiyi, habelə bununla əlaqədar toplanmış qarşılıqlı məlumatları araşdırıb.

Avropa Məhkəməsi iddia tələblərini rədd edib və Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən Azərbaycan Respublikasına qarşı həmin iddia ilə tələb edilən müvəqqəti təminat tədbirlərinin tətbiq edilməməsi barədə qərar qəbul edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.