
Gələn il kənd təsərrüfatı tədbirləri üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2027-ci ilin dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə cəmi 2153.3 milyon manat məbləğində vəsait ayrılacaq ki, bu da 2020-ci illə müqayisədə 176,5 milyon manat və ya 8.9 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 335,8 milyon manat və ya 18,5 faiz çoxdur.
Məqsədli olaraq kənd təsərrüfatı tədbirləri üçün 800,9 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 247.4 milyon manat və ya 44,7 faiz, baytarlıq tədbirləri üçün 53.3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 8,4 milyon manat və ya 18,6 faiz çox vəsait proqnozlaşdırılıb.
Azərbaycanda ərzaq təhlükəsizliyi tədbirləri üçün 522,6 milyon manat vəsait proqnozlaşdırılıb.







































