Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Polad Bülbüloğludan boşandığı deyilən xanımı danışdı: "ONUN ƏTRAFINDA HƏMİŞƏ QADINLAR OLUB"

Baxış: 108
Polad Bülbüloğludan boşandığı deyilən xanımı danışdı: "ONUN ƏTRAFINDA HƏMİŞƏ QADINLAR OLUB"


“Bu mövzuda heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm. Sadəcə deyirəm ki, biz o yaşda deyilik. 81 yaşlı insan özünə toy etməz”.

Bunu Gununsesi.info-ya açıqlamasında Xalq artisti Polad Bülbüloğludan boşandığı deyilən həyat yoldaşı Gülnarə Şıxəliyeva deyib.

O, həyat yoldaşından ayrılması barədə suala cavabında bunları deyib:

“Səhhətimdə yüngül problemlər olduğu üçün bu aralar mən cəmiyyət içinə çıxa bilmirəm. Hətta bu yaxınlarda övladımın konserti oldu, onda belə iştirak edə bilmədim.

Mən, ümumiyyətlə, heç bir mediaya baxmıram. Biz uşaq deyilik, Polad müəllim də uşaq deyil. Əgər etsə də, gizli edər. 40 ildir mən onu tanıyıram, elə həmişə ətrafında qadınlar olub. Mən sakit və mehriban qadınam, heç vaxt xırda məsələlərə görə ailədə söz-söhbət, qısqanclıq yaratmamışam. Mənim üçün əsas övladlarımı gözəl şəkildə böyüdüb ərsəyə gətirməkdir. Başqa şeylər maraqsızdır. Ona görə də bu mövzuda da heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.