
Ağ Ev Trampın Hörümçək Adam obrazında təsvir olunduğu kompüter oyununa bənzər bir üslubda "saxtakarlıqların aşkarlanması" adlı səhifə açıb.
Səhifədə Vaşinqtonun qaranlıq xəritəsində səkkiz federal agentlik qeyd olunub; onlara klikləməklə, guya qeyri-düzgün xərcləmələrin məbləği aşkar edilir. Məsələn, Səhiyyə və İnsan Xidmətləri Nazirliyində bu rəqəm 96 milyard dolları keçib, Kiçik Biznes Administrasiyasında isə təxminən 123 milyard dollar təşkil edir.
Hörümçək Adama bənzər gözləri olan Tramp fiqurcuğu kliklədikdə sıçrayır; personajın başqa funksiyaları yoxdur.







































