Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq

Baxış: 54
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq


Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna və Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan tankerlərə zərbə endirməməyə razılıq verib.

Bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, Ukrayna rəhbərliyi bu qərarı ABŞ-nin yüksəksəviyyəli rəsmiləri ilə aparılan danışıqlardan sonra qəbul edib.

Agentliyin məlumatına görə, danışıqlar Rusiyanın Novorossiysk liman şəhəri yaxınlığında son vaxtlar baş verən və neft yüklənməsində fasilələrə, eləcə də dünya bazarında neft qiymətlərinin artmasına səbəb olan dron hücumlarından sonra keçirilib. 

“Bloomberg” həmçinin yazır ki, Ukrayna gəmi sahiblərinə müəyyən şərtlər irəli sürüb və bu şərtlərə əməl edildiyi təqdirdə onların tankerlərinə Qara dənizdə hücum etməyəcəyini bildirib. Bu şərtlərə əsasən, gəmi və onun sahibləri Ukraynanın sanksiyaları altında olmamalı, Rusiya vətəndaşlarına və ya hüquqi şəxslərinə məxsus olmamalıdır. Eyni zamanda, gəmidə Rusiya nefti və ya Rusiyadan gətirilən digər yüklərə yer verilməməlidir. Ukrayna həmçinin bu məsələ ilə bağlı daşıyıcılar üçün xüsusi rabitə kanalları və təlimatlar da yaradıb.

Xatırladaq ki, son zamanlarda Ukrayna Qara dənizdə tankerlərə və Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna dronlarla zərbələr endirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.