Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kimin evində varsa, VARLANACAQ - Qiyməti 5 min dollara çatır

Baxış: 45
Kimin evində varsa, VARLANACAQ - Qiyməti 5 min dollara çatır


ABŞ-də iyul ayı üzrə açıqlanan əmək bazarı göstəriciləri gözləntilərdən xeyli zəif olub. Bu məlumatların ardınca qızıl və gümüş qiymətlərində kəskin yüksəliş qeydə alınıb.

ABŞ-də kənd təsərrüfatından kənar məşğulluq iyul ayında 23 min nəfər azalıb. Halbuki bazar iştirakçıları 80 min nəfərlik artım gözləyirdi. İyun ayında isə 20 min nəfərlik artım qeydə alınmışdı.

İşsizlik səviyyəsi də 4,2 faizdən 4,1 faizə geriləyib. Bu göstəricinin 4,2 faiz olacağı proqnozlaşdırılırdı.

Zəif məşğulluq göstəriciləri ABŞ iqtisadiyyatında yavaşlama ehtimallarını artırıb. Bunun fonunda qiymətli metallara maraq güclənib.

Məlumata görə, bir unsiya qızılın qiyməti 15:49-da 4 371 dollara yüksəlib. Qram qızıl isə 140 dollara qədər bahalaşıb. Kapalıçarşıda qram qızılın qiyməti 6 718 lirəyə çatıb.

ABŞ əmək bazarından gələn zəif göstəricilər Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti ilə bağlı gözləntiləri də dəyişib. Bazar iştirakçıları Fed-in sentyabr iclasında faiz artımına getməsi ehtimalını əvvəlkindən daha zəif qiymətləndirirlər.

Bununla belə, Sent-Luis Federal Ehtiyat Bankının rəhbəri Alberto Musalem faizlərin gecikdirilmədən, mərhələli şəkildə artırılmasını müdafiə edib.

Qızıldakı yüksəliş fonunda böyük maliyyə qurumları da qiymət proqnozlarını yeniləyirlər. İsveçrənin UBS bankı qızılın 2027-ci ilin ilk yarısında bir unsiya üçün 5 min dollara qədər yüksələ biləcəyini proqnozlaşdırıb.musavat.com

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.