
“Avropa İttifaqı öz ölkələrini Rusiya ilə münaqişəyə sövq edir. Avropa qoşunlarının Ukrayna ərazisinə yeridilməsi Moskva ilə müharibənin başlanması demək olacaq”.
“Kommersant” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Nyu-Dehlidə keçirilən BRICS sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda onlar (Avropa ölkələri – red.) Ukrayna ərazisinə qoşun yeritmək barədə düşündüklərini deyirlər. Bu, Rusiya ilə müharibə deməkdir”, - deyə V.Putin söyləyib.
Onun sözlərinə görə, bununla belə, Rusiya Avropa ölkələrini təhdid etmir, münaqişənin başlaması üçün də əsas yoxdur.







































