Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tarixi əzəmətini qoruyan Zəngilanın Məmmədbəyli türbəsi - VİDEO

Baxış: 534

Təbiəti məhv edilən, evləri dağıdılan, qəbiristanlığı belə yerlə yeksan edilən Zəngilanın Məmmədbəyli kəndində salamat qalan yeganə tikili qədim türbədir.
Türbənin tarixi 14-cü əsrə dayanır.
Elmlər Akademiyasının aparıcı işçisi Şakir Albalıyevin sözlərinə görə, tanınmış simaların, yaradıcı şəxslərin qəbirlərinin üzərində türbələrin tikilməsi türk dünyasında ənənə halı alıb və bu günümüzə qədər davam edir.
Səkkiz guşəli olan türbə Məhəmməd Əlihacı oğlu Yahyanın şərəfinə inşa edilib.
Türbənin qapısı yerdən 1,8 metr hündürlükdədir. Orada yeraltı sərdabədə mövcuddur. Türbənin giriş qapısının üstündə ərəbcə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə zaman tikildiyi qeyd olunub.

 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.