Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI

Baxış: 81
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI


Keçən il Bakıya düşən güclü yağışlardan sonra şəhərin bəzi ərazilərində fərdi evlərin ucuzlaşması davam edir. Küçə və məhəllələrin uzun müddət su altında qalması təkcə infrastruktur problemlərinin yaranması ilə yekunlaşmadı. Bu cür yaşayış massivlərində nəqliyat çatışmazlığı da daşınmaz əmlak bazarına təsisrsiz ötüşmür.
 Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Elnur Azadov Hafta.az-a bildirib ki, subasma hallarının hələ də aktual qalması alıcıları ərazinin xüsusiyyətlərinə görə daha əlverişli seçim aparmağa vadar edir:

“Düzdür, belə bir problemə demək olar ki, Bakı şəhərində heç vaxt bu qədər geniş şəkildə rast gəlinməmişdi. Artıq bu il alıcılar bu istiqamətdə daha diqqətli olublar. Ev almaq istəyənlər çökək ərazilərdə, kanalizasiya olmayan və bu kimi problemlərlə üzləşə biləcəkləri massivlərə maraq göstərmirlər. Həmçinin kommunikasiya xətlərinin, su-kanalizasiya sistemlərinin üzərində yerləşən əmlaklar da indi alıcıların diqqətini demək olar ki, çəkmir. Sözsüz ki, bu, zamanla unudulacaq. 

Məsələn, Türkiyədə zəlzələ baş vermişdi. O zəlzələdən sonra Azərbaycanda da bir neçə ay ərzində yeni tikilən binalarda mənzillərin satışı kəskin azaldı, fərdi evlərə maraq çoxaldı.

Əgər payız-qış aylarında paytaxta düşən yağınıtının miqdarı çoxalmasa, subasma problemləri ötənilki kimi olmasa, yuxarıda qeyd etdiyimiz mənzillərlə bağlı problem tədricən unudulacaq və bu evlərin qiymətində dəyişiklik baş verəcək.”

Elnur Azadovun sözlərinə görə, problemli ərazilərdə satılan əmlaka daha çox bölgələrdən gələn alıcılar maraq göstərirlər, o da onların yağmurlu havlarda bu ərazilərdə yaranan çətinliklərdən tamamilə xəbərsiz olmasından, ya da ki, şəhərin daha əlverişli yerlərində əmlak ala bilmələri üçün büdcələrinin imkan verməməsindən irəli gəlir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.