Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu

Baxış: 36
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu


Avropada isti hava, uzunmüddətli quraqlıq və genişmiqyaslı meşə yanğınları yeni təhlükə yaradıb. Torpaq altında onilliklərdir qalan Birinci və İkinci Dünya müharibələrindən qalma mina və mərmilər üzə çıxmağa başlayıb.

Köhnə döyüş sursatları Fransa, Almaniya, Belçika və Niderlandın müxtəlif ərazilərində aşkarlanıb. Bəzi yerlərdə yanğın və yüksək temperaturun təsiri nəticəsində sursatların partladığı bildirilir.

Xüsusilə Belçikanın Yüksək Fens bölgəsində vəziyyət təhlükəli xarakter alıb. Meşə yanğınları 1944-cü ildə Arden döyüşlərindən qalmış köhnə minaları və mərmiləri üzə çıxarıb. Partlamamış sursatlar yanğınsöndürənlərin işini çətinləşdirir, eyni zamanda yaxınlıqdakı ərazilərdə yaşayan insanlar üçün təhlükə yaradır.

Fransanın Bordo bölgəsində də yanğınlardan sonra köhnə sursat anbarı aşkarlanıb.

Avropanın müxtəlif bölgələrində Birinci və İkinci Dünya müharibələrindən qalan böyük həcmdə partlamamış sursatın hələ də torpaq altında olduğu nəzərə alınaraq, isti və quraq hava şəraitində davam edən yanğınların yeni təhlükəli tapıntıları üzə çıxara biləcəyi bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.