Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr

Baxış: 81
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr


Türkiyədə keçirilən sorğuda ölkə ictimaiyyətinin hansı dövlətləri dost, hansıları isə dost olmayan ölkə hesab etdiyi müəyyənləşib.

 ASAL Araştırma şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycan 56,5 faizlə Türkiyənin dostu hesab edilən ölkələr arasında birinci yerdə qərarlaşıb.

Sonrakı yerlərdə Yaponiya – 50,2 faiz, Çin – 48 faiz və İtaliya – 46,7 faizlə qərarlaşıb. Respondentlərin 38,4 faizi isə Rusiyanı Türkiyəyə dost ölkə hesab etdiyini bildirib. Beləliklə, ilk beşlik Azərbaycan, Yaponiya, Çin, İtaliya və Rusiyadan ibarət olub.

Sorğuda dost olmayan ölkələrlə bağlı da respondentlərin mövqeyi öyrənilib. Bu siyahıda İsrail 84 faizlə birinci yerdədir. ABŞ-ni 70,5 faiz, Yunanıstanı 66,6 faiz, Fransanı isə 58,5 faiz respondent dost olmayan ölkə kimi göstərib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.