Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında növbəti görüş keçirilib

Baxış: 533
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “Reklam və nəşriyyat müəssisələri” il iş komissiyası ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında görüş keçirilib. Onlayn formatda keçirilən görüşün məqsədi dövlət satınalmaları sahəsində mövcud vəziyyətin müzakirəsi və sahibkarların təkliflərinin dinlənilməsi olub.
Görüşdə dövlət satınalmalarının keçirilməsində biznes subyektlərinin o cümlədən kiçik və orta biznes subyektlərinin iştirak imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə dövlət tənzimləməsini həyata keçirən qurumla əməkdaşlığın ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyi qeyd olunub.
Hazırda dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yeni qanun layihəsi üzərində işlərin yekunlaşmaqda olduğu, bu sahədə prosedurların asanlaşdırılması üçün zəruri data bazaların elektron satınalma portalına inteqrasiya edilməsi üzrə işlərin aparıldığı bildirilib.
Görüşdə iştirak edən sahibkarlar pandemiya şəraitində dövlət satınalmalarının onlayn formatda elektron satınalma portalı (etender.gov.az) vasitəsilə təşkil edilməsinin əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda sahibkarlıq subyektləri dövlət satınalmaları prossesində daha aktiv iştiraka dəvət olunublar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.