Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda 10 yeni metro stansiyası tikiləcək, 300-dək vaqon alınacaq - Nazir müavini

Baxış: 151
Bakıda 10 yeni metro stansiyası tikiləcək, 300-dək vaqon alınacaq - Nazir müavini


Cari ildə təsdiqlənmiş dövlət proqramı çərçivəsində ictimai nəqliyyat xidmətlərinin əlçatanlığının artırılması nəzərdə tutulub.
Bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

“Eyni zamanda metro infrastrukturunun inkişafından tutmuş təqribən 300-ə yaxın vaqonun alınması, 10 yeni stansiyanın inşası (bu yalnız 2030-cu ilə qədər icra ediləcək), eləcə də dəmir yolu sahəsində tədbirlər görülür. Bu yaxınlarda Gəncədə, bəlkə də, Azərbaycanda ilk dəfə olaraq, bütöv bir şəhərdə nəqliyyat infrastrukturunu yeniləmişik. Yaxın aylarda, il sonuna qədər Naxçıvanda da analoji tədbirin yekunlaşdırılması planlaşdırılır. Qarabağla bağlı bütün şəhərlərdə infrastrukturun qurulması nəzərdə tutulur”, - nazir müavini bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.