
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə yarım milyon manatlıq dələduzluqda ittiham olunur.
Onların zərərçəkmişlərə vurduğu ziyan 600 min manatdan çoxdur.
Xatırladaq ki, Rüfət Qasımzadə bu ilin fevral ayından külli miqdarda dələduzluqda ittiham olunur. Onunla bağlı sosial şəbəkədə məlumat yayılıb və polis tərəfindən araşdırma aparıldığı bildirilib.
Daha sonra DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.







































