Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur

Baxış: 216
Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur


Almaniyanın avtomobil nəhəngi “Volkswagen” xərclərini azaltmaq məqsədilə işçilərin maaşlarını 2030-cu ilə qədər dondurmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, maaş artımından imtina edilməsi inflyasiya fonunda bu qərarın təsir etdiyi əməkdaşların alıcılıq qabiliyyətinin təxminən 10 faiz azalmasına səbəb ola bilər.

“Volkswagen” rəhbərliyi isə yayılan məlumatlara münasibət bildirərkən bunları spekulyasiya adlandırıb və əlavə şərh verməkdən imtina edib.

Məlumata görə, avtomobil konserni bundan əvvəl razılaşdırılmış 50 min nəfərlik ixtisara əlavə olaraq, dünya üzrə daha 50 min iş yerinin azaldılması barədə qərar qəbul edib.

Beləliklə, şirkətin əvvəlki və yeni ixtisar planları ümumilikdə 100 min iş yerini əhatə edir.

Avropanın ən böyük avtomobil istehsalçılarından biri olan “Volkswagen”in bu addımları Almaniya avtomobil sənayesində xərclərin azaldılması istiqamətində həyata keçirilən tədbirlərin miqyasını göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.