Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan-ABŞ ticarət dövriyyəsi 800 milyon dollara yaxınlaşır

Baxış: 178
Azərbaycan-ABŞ ticarət dövriyyəsi 800 milyon dollara yaxınlaşır


2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan ilə ABŞ arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 799 milyon 581,82 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.
Sahibkartv.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Statistikaya görə, ilin ilk səkkiz ayı ərzində Azərbaycanın ABŞ-yə ixracı 2,4 dəfə azalaraq 45 milyon 231 min 810 dollar təşkil edib. İxracın payı 0,27% ( 2024-cü ilin yanvar-avqust ayları: 0,6%) təşkil edib.
Bu arada ABŞ-dən idxal 15,5% artaraq 754,35 milyon dollara çatıb. İdxalın payı 5,01% ( 2024-cü ilin yanvar-avqust ayları: 5,12%) təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.