Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya Kubokunda qadın idmançımıza qızıl medal verildi - FOTO

Baxış: 448
Xorvatiyanın Poreç şəhərində 12-21 yaşadək idmançıların Dünya Kuboku yarışı keçirilib.
Oxu.Az xəbər verir ki, turnirə qatılan milli komandanın 21 üzvündən Nuran Rzazadə (-67 kq) və İnci Əzizova (-50 kq) gümüş medal, Mədinə Sadıqova (-55 kq) isə bürünc mükafat qazanıb.
21 yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitlinovaya para-karate çıxışında qızıl medal təqdim edilib.

Klubları təmsil edən idmançılardan isə 12 yaşlı uşaqlar arasında Vüsal Qənbərov birinci, Məhyəddin Cəfərli ikinci, Marat Semixov (üçü də -40 kq) üçüncü yeri tutub.
12-21 yaşadək idmançıların Dünya Kuboku yarışında 32 ölkədən 464 karateçi iştirak edib. 14-18 yaşlı yeniyetmə və gənclər millimizin üzvləri 2-4 iyul tarixlərində Ümumdünya Karate Federasiyasının seriya turnirlərindən Gənclər Liqasında çıxış edəcəklər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.