Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!

Baxış: 225
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!


Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirərək ABŞ və Ukrayna ilə üçtərəfli danışıqların başlanacağı tarixi açıqlayıb.

 Putin noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqların başlamasının planlaşdırıldığını bildirib.

Rusiya lideri görüşün təşkilinə göstərdiyi dəstəyə görə BƏƏ rəhbərliyinə təşəkkür edib.

Təhlükəsizlik Şurasının iclasında Rusiyanın xarici işlər və hərbi rəhbərliyinin yüksəkvəzifəli nümayəndələri də iştirak ediblər. Onların arasında xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin də olub.

Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirmişdi ki, üçtərəfli danışıqlar noyabrın 10-11-də keçiriləcək.

Onun sözlərinə görə, görüşlərin əsas mövzusu təhlükəsizlik məsələləri və təhlükəsizlik təminatlarının verilməsi olacaq. Danışıqlar qapalı qapılar arxasında aparılacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.