Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan qalmaqallı Alkışla bağlı QƏRAR VERDİ - İLGİNC DETALLAR

Baxış: 117
Ərdoğan qalmaqallı Alkışla bağlı QƏRAR VERDİ - İLGİNC DETALLAR


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11 universitetə yeni rektor təyin edib.

 Türkiyə mətbuatı bildirir ki, müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Təyinatlar arasında ən diqqətçəkən dəyişikliklərdən biri Şırnak Universitetində baş verib. Belə ki, qohumbazlıq və konkret şəxslərə uyğunlaşdırılmış akademik vakansiyalarla bağlı iddiaların hədəfində olan universitetin rektoru professor Abdurrahim Alkış vəzifəsindən azad edilib. Onun yerinə professor İbrahim Baz təyin olunub.

Şırnak Universitetinin sabiq rektoru Abdurrahim Alkış akademik vəzifələrin qohumlarına və yaxınlarına verilməsi ilə bağlı iddialar səbəbindən uzun müddət ictimaiyyətin tənqidlərinə məruz qalıb. Universitetdə bəzi akademik vakansiyaların əvvəlcədən müəyyənləşdirilmiş şəxslərin bilik və təcrübəsinə uyğun şəkildə hazırlandığı iddia edilirdi. Həmçinin Alkışın avqustun 25-də işə qəbul ediləcək şəxslərin adlarını hələ avqustun 19-da “Facebook” hesabında açıqladığı barədə məlumatlar da ciddi müzakirələrə yol açmışdı.

Məsələ ilə bağlı Türkiyə Hesablama Məhkəməsinin auditorlarının da universitetdə apardığı yoxlamalar zamanı diqqətçəkən nöqsanlar aşkar etdiyi bildirilirdi. Belə ki, bəzi akademik vakansiyaların elanlarında bərabərlik və peşəkarlıq prinsiplərinə zidd, konkret namizədləri ön plana çıxaran xüsusi tələblərin yer aldığı qeyd olunmuşdu.

Alkış ətrafında yaranan mübahisələr yalnız akademik təyinatlarla məhdudlaşmırdı. Bəzi alimlər sentyabr ayında onun yenidən rektor təyin ediləcəyini əvvəlcədən açıqladığını və universitet əməkdaşlarına təzyiq göstərdiyini iddia etmişdilər. Hətta işçilərin ona tabe olmağa məcbur edildiyi və bu istiqamətdə hədələndiyi barədə də iddialar səsləndirilmişdi.

Qohumbazlıq ittihamlarını rədd edən Abdurrahim Alkış isə akademik vakansiyalarda universitetin öz əməkdaşlarına üstünlük verilməsini müdafiə edirdi. O, daha əvvəl məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, ali təhsil müəssisələrində daxili kadrların irəli çəkilməsi müəyyən ənənəyə çevrilib və Şırnak Universiteti də digər universitetlər kimi öz əməkdaşlarına üstünlük verir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.