Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi
Tarix: 16-02-2026, 09:49
/
Baxış: 1 134
Ötən gün Milanda keçirilən Qış Olimpiya Oyunlarında ermənilərin “artsax” təxribatının qarşısı qətiyyətlə alınıb.
Beynəlxalq Fiqurlu Konkisürmə Birliyi (ISU)-nin rəsmi sənədlərində və Olimpiya proqramında musiqinin adı “Music by Ara Gevorqyan” kimi qeyd edilib, “Artsax” ifadəsi isə çıxarılıb. Bu dəyişiklik Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən edilən etirazdan sonra həyata keçirilib və “artsax” termini siyasi məna daşıdığı üçün Olimpiadanın neytrallıq qaydalarına toxuna biləcəyi düşünülüb.
Beləliklə, erməni fiqurlu konkisürmə cütlüyü – Karina Akopova və Nikita Raxmanin əvvəlcə “Artsax” adlı musiqi ilə çıxış etməyi planlaşdırsa da, rəsmi proqramda bu ad göstərilməyib. Cütlüyün çıxışı zamanı titul ekranlarda və rəsmi protokollarda “artsax” sözü əks olunmayıb. Hadisə sosial şəbəkələrin erməni seqmentində böyük məyusluqla qarşılanıb.
Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) rəsmi şəkildə Beynəlxalq Olimpiya Komitəsi (BOK)-yə müraciət edərək etirazını bildirmişdi. Azərbaycan tərəfi bildirib ki, Olimpiya Oyunları siyasi platforma olmamalıdır və hər hansı təxribatçı addım qəbul edilməməlidir.
Təxribatçı “artsax” musiqisinin müəllifi, erməni bəstəkar Ara Gevorqyan isə Azərbaycanın etirazlarından narahat olduğunu gizlətməyərək demişdi:
“"Artsax” sözü azərbaycanlıların xoşuna gəlmir. Deyirlər ki, "artsax" yoxdursa, bu adla musiqi də ola bilməz. İndi mən edim, adı dəyişdirməliyəm?”
Beləliklə, Ara Gevorqyan istəsə də, istəməsə də təxribatçı musiqi beynəlxalq səhnələrdə artıq adı dəyişdirilmiş formada səsləndiriləcək. Bu hadisə Azərbaycanın informasiya müharibəsində əldə etdiyi növbəti qələbə kimi qiymətləndirilir.
Digər xəbərlər
Xəbər lenti
09:00
18-10-2026
18-10-2026
13:31
17-10-2026
17-10-2026
12:47
17-10-2026
17-10-2026
09:17
17-10-2026
17-10-2026
09:11
17-10-2026
17-10-2026
09:00
17-10-2026
17-10-2026
22:11
16-10-2026
16-10-2026
21:48
16-10-2026
16-10-2026
21:18
16-10-2026
16-10-2026
20:43
16-10-2026
16-10-2026
20:33
16-10-2026
16-10-2026
20:16
16-10-2026
16-10-2026
19:44
16-10-2026
16-10-2026
19:34
16-10-2026
16-10-2026
19:14
16-10-2026
16-10-2026
18:51
16-10-2026
16-10-2026
18:31
16-10-2026
16-10-2026
18:21
16-10-2026
16-10-2026
17:49
16-10-2026
16-10-2026
17:33
16-10-2026
16-10-2026
17:17
16-10-2026
16-10-2026
16:53
16-10-2026
16-10-2026
16:23
16-10-2026
16-10-2026
16:00
16-10-2026
16-10-2026
15:46
16-10-2026
16-10-2026
15:30
16-10-2026
16-10-2026
15:17
16-10-2026
16-10-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Fermerlər taxılçılıqda fərqli gəlir yolları tapır
16-10-2026 22:11
/
1 431
Taxıl sahələrində məhsuldarlıq yarışının başladığı il
16-10-2026 21:48
/
1 062
Buğda istehsalında düzgün qərarlar böyük qazanc gətirir
16-10-2026 21:18
/
1 089
Taxılçılıqda bazar düşüncəsi ön plana çıxır
16-10-2026 20:43
/
1 134
Taxıl məhsulları ilə yeni ixrac imkanları yaranır
16-10-2026 20:33
/
1 215
Fermerlər taxılı sadəcə məhsul deyil, brend kimi satır
16-10-2026 20:16
/
954








































