Qurban Qurbanov: “Futbolçulara dedim ki, bu oyundan həzz almalıyıq”
Tarix: 17-09-2025, 09:19
/
Baxış: 1 194
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Benfika”ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Mütəxəssis 3:2 hesabıyla bitən görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
“Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla yaxşı qələbə qazandıq. Bu oyunda məğlub da ola bilərdik. Oyuna kimi üstünlük rəqib tərəfdə idi. İlk hissənin əvvəllərində iki top geridə qaldıq və oyunu çevirmək asan görünmürdü. Futbolçularımdakı inam və sınmamaq, oyundan çıxmamaq, vurduğumuz ilk qol bizə qələbə qazanmağa kömək etdi. “Benfika”nın bizdən zəif olduğunu demək olmaz. Onlar topla yaxşı davranır, ağıllı futbol oynayır. Sadəcə bu gün futbolçularım daha çox əziyyət çəkdi, istəkli oldu. Böyük qələbə qazandıq. Bu, Azərbaycan futbolu tarixində, klub tarixində Çempionlar Liqasında ilk qələbəmizdir. Oyunçularımı, azərbaycanlıları təbrik edirəm. “Benfika”ya qarşıdakı oyunda uğurlar arzu edirəm.
Son vaxtlar futbol elə səviyyəyə gəlib çatıb ki, asan element yoxdur. Qarşı qarşıya 11 futbolçu oynayır, düşünən beyinlər. Heç də asan deyil. Sadəcə ilk dəqiqələrdən futbolçulara dedim ki, bu oyundan həzz almalıyıq. Bura Çempionlar Liqasıdır. Üzərlərinə gedirdim ki, daha cəsarətli olmalıyıq. Oyunumuzu tapmalı və bunu davam etdirməliyik. Səhvlər, top itkiləri normaldır. Qarşımızda usta komanda var idi. Oyunumuzdan əl çəkməli olmadığımızı, riskə getməli olduğumuzu dedim. Bəsit epizodlarda qol da buraxa bilərdik. Asan qələbə qazanmadıq. Oyunu asan gözləmirdik. Sadəcə bu gün qələbə bizə yazılmışdı”.
Digər xəbərlər
Xəbər lenti
15:04
07-11-2026
07-11-2026
14:41
07-11-2026
07-11-2026
14:30
07-11-2026
07-11-2026
13:44
07-11-2026
07-11-2026
13:13
07-11-2026
07-11-2026
12:39
07-11-2026
07-11-2026
12:06
07-11-2026
07-11-2026
12:00
07-11-2026
07-11-2026
11:29
07-11-2026
07-11-2026
11:25
07-11-2026
07-11-2026
10:34
07-11-2026
07-11-2026
10:28
07-11-2026
07-11-2026
22:11
06-11-2026
06-11-2026
21:48
06-11-2026
06-11-2026
21:18
06-11-2026
06-11-2026
20:59
06-11-2026
06-11-2026
20:55
06-11-2026
06-11-2026
20:43
06-11-2026
06-11-2026
20:33
06-11-2026
06-11-2026
20:16
06-11-2026
06-11-2026
19:44
06-11-2026
06-11-2026
19:34
06-11-2026
06-11-2026
19:14
06-11-2026
06-11-2026
18:51
06-11-2026
06-11-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Torpağın Dərinliyindən Süfrənin Bolluğuna
06-11-2026 22:11
/
1 017
Hər Damlasında Həyat, Hər Toxumunda Gələcək
06-11-2026 21:48
/
1 035
Torpağa Can, Tarlaya Bərəkət, Sabahımıza Güc
06-11-2026 21:18
/
945
Torpağın Nəbzi Su ilə Döyünür, Bərəkət Zəhmətlə Böyüyür
06-11-2026 20:43
/
972
Bir Damla Suyun Ardınca Gələn Min Bərəkət
06-11-2026 20:33
/
1 071
Su Torpağa Çatanda Kəndin Üzü Gülür
06-11-2026 20:16
/
1 125







































