Day, Month 00, Year
00: 00: 00 AM
Elə rahatladım, day qapını tanıdın da... - Messiyə gələn rəylər

Elə rahatladım, day qapını tanıdın da... - Messiyə gələn rəylər


Komanda yoldaşları ilə Azərbaycana gələn argentinalı futbol əfsanəsi Lionel Messinin ölkəmizlə bağlı sosial şəbəkələrdə paylaşım etməməsi narazılığa səbəb olmuşdu.

Futbolçu ötən axşam 504 milyonluq instaqram hesabında ölkəmizə səfərini əks etdirən video paylaşaraq azərbaycanlı fanatlarını sevindirib.

Sözügedən videonun şərh hissəsində çox sayda maraqlı və yumoristik şərhlər yazılıb.

Həmin şərhləri təqdim edirik:

Jurnalist Pərviz Hüseyin: “Elə rahatladım, elə canım rahatladı”.

Stəndapçı Alim Cəfər: “Da qapını tanıdın da, gəl, get. ”.

“L.Suarezin anası: Boyunqu yerə soxum, özünqü gözə sox da bir, mal kimi gedib gəlmisən”.

Həmçinin “Bakının armudu stəkan çayı sənə ananın südü kimi halal olsun”, “Heç nə yox, ən çox armudu stəkanda çay içməsi ləzzət elədi”, “Messi özümüzünküdür”, “Messiyə armudu stəkanda çay içirdən dünya bizə nələr eləməz”, “Gözlərim yaşardı, ay Messi”, “Messi də olsan, armudu stəkanda çay içməlisən”, "Cangüdəni haradadır?" və s. şərhlər yazılıb.

Video qısa zamanda 17 milyondan çox baxış, 1 milyondan çox layk toplayıb. Şərh yazanların sayı 22 mindən çoxdur. 

Tarix: 13-12-2024, 11:59 Oxunub: 22


Bölməyə aid digər xəbərlər