Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bəxtiyar Erqaşev: “Azərbaycan xalqı qardaş xalqdır və bununla hər şey deyilir”

Baxış: 257
“Azərbaycan, Azərbaycan xalqı Özbəkistan və özbək xalqı üçün yaxın, qardaş ölkədir”.
Bu sözləri Sahibkartv.az-a müsahibəsində Özbəkistandan olan politoloq, “Ma`no” tədqiqat təşəbbüsləri mərkəzinin direktoru Bəxtiyar Erqaşev ölkəsinin Azərbaycana münasibətini şərh edərkən bəyan edib.
Onun sözlərinə görə, hər iki ölkənin bir-biri ilə qan, ruh, musiqi, dil, dünyaya baxışı baxımından qardaşlığı var və bu, ötən ilin payızında, Qarabağda müharibə olanda özünü tam şəkildə göstərdi.
“Azərbaycan Özbəkistanda ictimai müzakirələrin əsas mövzularından birinə çevrildi. İnsanlar kimin müttəfiq olduğunu, kimin tərəfdaş olduğunu həmişə anlamırlar. Ancaq xalqımızın ortaq fikri var - Azərbaycan xalqı qardaş xalqdır və bununla hər şey deyilir”, - deyə Erqaşev sözlərini yekunlaşdırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.