Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Müharibədən 6 il sonra İrəvanda qorxulu xəbərdarlıq – “Yeni savaş yaxınlaşır”

Baxış: 54
Müharibədən 6 il sonra İrəvanda qorxulu xəbərdarlıq – “Yeni savaş yaxınlaşır”


44 günlük müharibədən altı il sonra Ermənistan sülhdən daha çox yeni müharibəyə yaxındır.

Bunu erməni politoloq Benyamin Matevosyan deyib.

Matevosyanın sözlərinə görə, Azərbaycan hazırda Ermənistana münasibətdə 2020-ci ilə qədər Qarabağla bağlı illərlə həyata keçirdiyi siyasəti təkrarlayır. Politoloq bildirib ki, Bakı yeni müharibəni legitimləşdirə biləcək xüsusi sənədlər paketi hazırlayır.

Matevosyan bildirib ki, Bakının sülh anlayışındakı “model” hazırda Qarabağda mövcud olan vəziyyətdir və orada bir nəfər də erməni qalmayıb.

Politoloq Ermənistan hakimiyyətinin mövqeyinə də toxunub. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanın hərbi ritorikalı bəyanatlarına nəinki reaksiya vermir, hətta bu barədə danışmağa çalışanlara “Siz müharibəni təhrik edirsiniz” arqumenti ilə cavab verir.

Xatırladaq ki, revanşist politoloq bir daha bilməlidir ki, bütün dünyanın gözü qarşısında Azərbaycan dövləti Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycan qanunlarına tabe olaraq orada qalıb yaşamalarını təklif edib, onların reinteqrasiyası üçün xüsusi mexanizm yaradıb, Azərbaycan vətəndaşlığının təsdiqi və yaşayış icazəsi üçün müraciət imkanları təqdim edib. Azərbaycanın rəsmi mövqeyinə görə, buna baxmayaraq, Qarabağda yaşayan ermənilər bölgəni könüllü şəkildə tərk ediblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.