Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Onlara 1 milyard manatdan çox müavinət və təqaüd ödənildi

Baxış: 72
Onlara 1 milyard manatdan çox müavinət və təqaüd ödənildi



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-iyul aylarında 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

“Bununla bağlı ƏƏSMN məlumat yayıb.

Onlardan:

- 505 min nəfərə müavinət olaraq 738 milyon manat;

- 405 min nəfərə Prezident təqaüdü olaraq 474 milyon manat;

- 158 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 102 milyon manat ödəniş həyata keçirilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 13 faiz, təqaüdlər üzrə 14 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 8 faiz çox olub.

Bu ilin 7 ayında daha 86 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 966 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.