Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sarayda 208 mənzil kirayə yolu ilə satışa çıxarılır

Baxış: 126
Sarayda 208 mənzil kirayə yolu ilə satışa çıxarılır


İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Bu barədə  Fonddan məlumat verilib.

Məlumata görə, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır.

Yeni mənzillərin seçimi 20 avqust 2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçirilir.

Bildiririk ki, müraciətlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya üsulu ilə həyata keçiriləcək. SİMA biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərsiniz.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), rəsmi YouTube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.