Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA

Baxış: 81
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və guya sürət həddinin pozulmasını müəyyən edən cihazlarla bağlı görüntülər yayılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  bildirilib ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil. Sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur.

Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.

Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur.

***

09:31

 

“Beton yol” kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, yolda yeni quraşdırılan radarlar digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxadan çəkir. Bu səbəbdən sürücülər ilk başda radarları görə bilmirlər və ərazidən sürətlə keçirlər.

Sürücülərdən yol hərəkəti qaydalarına ciddi əməl etmələri tələb olunub və sürət həddinə diqqət etmələri tövsiyə edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.