Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda nazirə yeni müavin təyin edildi

Baxış: 373
Prezident İlham Əliyev Müdafiə Sənayesi naziri Mədət Quliyevə müavin təyin edilməsi barədə sərəncam imzalayıb. 
Oxu.Az-ın məlumatın sərəncama əsasən, bu vəzifəyə Mehman Abbas oğlu Baxışov təyinat alıb.
O, 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Ağac kəndində anadan olub.
M.Baxışov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü il tarixli Sərəncamı ilə Mehman Baxışova general-mayor hərbi rütbəsi verilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.