Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibə Qafarova Simonyanı Azərbaycana dəvət edib

Baxış: 108
Sahibə Qafarova Simonyanı Azərbaycana dəvət edib


“Rəsmi dəvət və münasib fürsət olacağı təqdirdə, Azərbaycana səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm”.

“Bu barədə Ermənistanın İctimai Televiziyasında keçirilən seçkiqabağı debatlar zamanı “Vətəndaş müqaviləsi” partiyasından deputatlığa namizəd, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Sizə bir sirr aça bilərəm: bu yaxınlarda azərbaycanlı həmkarım (Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova - red.) məni Azərbaycanda baş tutan forumda iştirak etmək üçün bu ölkəyə səfərə dəvət etmişdi. Lakin təəssüf ki, seçkiqabağı təşviqat səbəbindən forumun işində iştirakdan imtina etməli oldum”, - Simonyan qeyd edib.

Ermənistan parlamentinin spikeri siyasi xadimlərin sülh üçün məsuliyyəti öz üzərilərinə götürməli olduqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, daha əvvəl A.Simonyan S.Qafarovanı Ermənistana səfərə dəvət etmişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.