Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Baxış: 369
İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi


Birinci Qarabağ müharibəsinin döyüşçüsü, qazi Faiq Məmmədov vəfat edib.
Bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.

F.Məmmədov qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Məmmədov Faiq Şikar oğlu Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub.

Birinci Qarabağ müharibəsi dövründə Eldar Bağırov adın 845 saylı ərazi müdafiə batalyonunun tərkibində düşmənə qarşı döyüşüb.

1992-ci ildə ermənilərə əsir düşüb. 2 il 6 aydan sonra əsirlikdən qaçmağı bacarıb.

Mərhum Mingəçevir şəhərində məskunlaşmışdı.

Allah rəhmət eləsin!

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.