Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran nüvə obyektlərinə zərbələrdən sonra "qılıncını siyirdi": Sərt ittiham!

Baxış: 90


İranın nüvə obyektlərinə endirilən zərbələrdən və iranlı nüvə alimlərinin öldürülməsindən sonra İslam Respublikası faktiki olaraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) üzvü olmaqdan çıxıb.

Bu barədə İran parlamentinin Milli təhlükəsizlik komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd bəyanat verib. O bildirib ki, bu məsələ son dərəcə önəmlidir və Tehranın artıq əlavə rəsmi elan verməsinə ehtiyac qalmayıb: "Hesab edirəm ki, biz artıq faktiki olaraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmışıq... Bu, çox mühüm məqamdır. Bizim ümumiyyətlə daha nəsə elan etməyimizə ehtiyac yoxdur, sadəcə qərar qəbul edə bilərik. Qərara gəlincə, güman edirəm ki, ictimai rəyəmiz bu cür mülahizələri rəhbər tutaraq müqavilədən çıxışı tam dəstəkləyir".

Deputat həmçinin BAEA rəhbərliyini sərt tənqid edərək, agentliyin müqavilənin iştirakçısı olmayan tərəfə məlumat ötürdüyünü iddia edib: "BAEA-nın baş direktoru bizim sənədlərimizi və məlumatlarımızı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı olmayan sionist rejimə ötürəndə, bu onu göstərir ki, agentlik də bizə qarşı qılıncını siyirib".

Qeyd edək ki, İranın nüvə infrastrukturuna qarşı hərbi zərbələr və təhlükəsizlik riskləri fonunda BAEA müfəttişlərinin fəaliyyəti və İranın agentliklə əməkdaşlığı ətrafında gərginlik kəskinləşib. Eyni zamanda, Qərb dövlətləri BAEA platformasında zərər görmüş nüvə obyektlərində yoxlamaların bərpası üçün Tehrana təzyiq göstərməyə davam edir, İran tərəfi isə yoxlamalar zamanı əldə olunan məlumatların yeni hərbi zərbələr üçün istifadə oluna biləcəyindən ehtiyatlandığını bildirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.