
Misli Premyer Liqasında XII turun növbəti görüşləri bu gün keçiriləcək.
ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq "Şamaxı" doğma meydanda "Turan Tovuz"la üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Tovuz təmsilçisi 21 xalla üçüncü, ev sahibləri 14 xalla yeddinci pillədə qərarlaşıb.
Günün ikinci duelində "Şəfa" "Qəbələ"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq. Qonaqlar 8 xalla 10-cu sıradadırlar. "Şəfa" isə 5 xalla 11-ci yerdədir.
Misli Premyer Liqası
II dövrə
XII tur
21 noyabr (şənbə)
14:30. "Şamaxı" - "Turan Tovuz"
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov;
VAR: Nicat İsmayıllı;
AVAR: Gülnurə Əkbərzadə;
Hakim-inspektor: Ceyhun Haşımov;
AFFA nümayəndəsi: Eldəniz Musayev;
Şamaxı şəhər stadionu.
17:00. "Şəfa" - "Qəbələ"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu;
VAR: İnqilab Məmmədov;
AVAR: Cəmil Quliyev;
Hakim-inspektor: Şahin Cəfərov;
AFFA nümayəndəsi: Namiq Əliyev;
"SOCAR Polymer Arena".
Xatırladaq ki, XII turun ilk oyun günündə "İmişli" klubu "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" isə səfərdə "Sumqayıt"a (5:1) qalib gəlib. Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq.







































