Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Baxış: 189
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub


Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam noyabrın 21-də Hanoyda "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, sonra Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Prezidenti To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.

"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq mübadilə ediblər.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Sosialist Respublikası Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Vyetnam Sosialist Respublikası Prezidenti Ofisinin rəhbərinin müavini Nguyen Hoanq Anh mübadilə ediblər.

"Azərbaycan Respublikasında Günəş elektrik stansiyası layihəsinin və külək elektrik stansiyası layihəsinin qiymətləndirilməsinə, inkişafına və həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "ROX Group" arasında İcra Müqaviləsi"ni Azərbaycanın energetika naziri Pərviz Şahbazov və "ROX Group"un təsisçisi və sədri Tran Anh Tuan mübadilə ediblər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.