
Polşada əlverişsiz hava şəraiti səbəbindən Rusiya qanadlı raketini vurmaq mümkün olmayıb.
Bu barədə "Rzeczpospolita" qəzeti Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəhbəri general İreneuş Novakın açıqlamasına istinadən məlumat yayıb. Onun sözlərinə görə, İsveçə məxsus "Gripen" qırıcısı X-101 raketini ələ keçirməyə cəhd göstərib, lakin "son dərəcə mürəkkəb hava şəraiti" ucbatından pilot hədəfi nə vizual, nə də cihazlar vasitəsilə dəqiq müəyyənləşdirə bilib.
Nəticədə İsveç hərbi təyyarəsinin pilotu NATO-dan atəş açmaq icazəsinə malik olsa da, hədəfə atəş açmayıb.
Qeyd edək ki, hadisə noyabrın 20-də Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hava hücumu zamanı Polşanın hava məkanının pozulması fonunda qeydə alınıb.
Həmin gün Lublin və Podkarpat voyevodluqları ərazisinə Rusiya istehsalı X-101 raketinin, digər obyekt və dronun düşdüyü bildirilsə də, rəsmi məlumatlara görə, xəsarət alan və kritik infrastruktura dəyən ziyan qeydə alınmayıb.
Polşanın baş naziri Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamış baş verənləri qəsdən təxribat kimi qiymətləndirib və hadisənin regionda müttəfiqlərin iştirakı ilə keçirilən hərbi təlimlər vaxtına təsadüf etdiyini vurğulayıblar.







































