Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qəzada ölən aparıcının son paylaşımı: "Qarşıda yazılacaq çox hekayəm var"

Baxış: 306
Qəzada ölən aparıcının son paylaşımı: "Qarşıda yazılacaq çox hekayəm var"


Xəbər verdiyimiz kimi, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman dünən doğum gününü qeyd edib, evə qayıdarkən baş verən yol qəzasında həyatını itirib.
Ölkə.az xəbər verir ki, o, hadisədən bir neçə saat əvvəl sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. 

A.Süleyman yazıb:

"Əzizlərim, bu, bir doğum günü deyil. Bu, bir hesabatdır. Qısa bir zaman kəsiyində qət etdiyim yolun, dəyişən düşüncələrimin, böyüyən ruhumun, toxunduğum qəlblərin hesabatı. Bu, dünənki mənlə bugünkü mən arasındakı məsafənin hekayəsidir.

Amma bu, hələ yolun başlanğıcıdır. Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var. Gözünüzün önündə böyüyür, dəyişir və öz hekayəmi yazıram.Sevgilərlə, Sizin Ada",- deyə o son paylaşımında qeyd edib.

Qeyd edək ki, hadisə dünən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib. 

 “VOYAH” markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verib və 2 nəfərin həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Kərimov Anar Alik oğlunun və sərnişin, Süleymanova Ada Ceyhun qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.