Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib

Baxış: 198

Vyetnamın milli dəyərləri uğrunda müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşdə deyib.
Dövlət başçısı bildirib:
"Sizin sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir. Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı.
Xalqlarımız arasında əlaqələrin tarixi kökləri var və Sizin milli dəyərləriniz uğrunda müstəqillik mübarizəniz Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənmişdir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.