Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı və erməninin bu görüntüsü müzakirələrə səbəb oldu - VİDEO

Baxış: 279
Azərbaycanlı və erməninin bu görüntüsü müzakirələrə səbəb oldu - VİDEO


Rusiyada yaşayan azərbaycanlı Şamil Həsənov və erməni David Aleksanyanın dostluğu sosial şəbəkələrdə maraq doğurub.

Eyni klinikada çalışan iki həkim müxtəlif vaxtlarda birgə foto və videolarını paylaşaraq izləyicilərin diqqətini çəkirlər. Onların münasibəti bəzən tənqid və qınaqla qarşılaşsa da, bu, dostluqlarına mane olmur.

Birgə paylaşımlarında Azərbaycan və Ermənistan xalqları arasında mübahisə mövzusu olan məsələlərə də yumorla yanaşırlar. Məsələn, dolmanın hansı xalqa məxsus olması ilə bağlı zarafatlaşırlar.

Həkimlərin əsas arzusu isə iki xalq arasında münasibətlərin normallaşması, gələcəkdə fikir ayrılıqlarının yalnız dolma kimi mövzular ətrafında olmasıdır.

Onların dostluğu sülhün yalnız siyasi razılaşmalarla deyil, insanlar arasında qarşılıqlı hörmət və ünsiyyətlə də möhkəmlənməsinin mümkünlüyünü göstərən nümunələrdən biridir.

Ətraflı İTV-nin süjetində:


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.