Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik - Foto

Baxış: 342
Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik - Foto


Bakıda mikromobilliyin inkişafı, alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlər çərçivəsində paytaxtın daha 9 kəsişməsində mövcud işıqforlara 28 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, Nəsimi və Səbail rayonları ərazisində işıqforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr bunlardır:

Nəsimi rayonu,

Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsi;

Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsi;

Bülbül prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi;

Bülbül prospekti ilə Süleyman Rəhimov kəsişməsi;

Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsi;

Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsi.

Səbail rayonu,

Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsi;

Azadlıq prospekti ilə Əfzələddin Xəqani küçəsinin kəsişməsi;

Rəşid Behbudov və Əfzələddin Xəqani küçələrinin kəsişməsi.

Qeyd edilib ki, mikromobilliyin inkişafı məqsədilə bu günə qədər paytaxt yollarında mövcud olan işıqforlara ümumilikdə 160 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.