Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Alimlər xərçəngə qarşı peyvənd ixtira etdi

Baxış: 220
Alimlər xərçəngə qarşı peyvənd ixtira etdi


Milli Tayvan Universitetindən olan alim qrupu induksiya olunmuş plüripotent kök hüceyrələri əsasında siçanlarda bağırsaq xərçənginin qarşısını uğurla almış və onun inkişafını ləngitmiş peyvənd yaradıblar.

Elmi tədqiqatın nəticələri “Theranostics” dərgisində nəşr olunub.

Professor Tsu-Tan Veyin rəhbərliyi altında alimlər iPSC lizatlardan (dağılmış hüceyrə məhsulları) CpG immunostimulyatoru ilə birləşmiş şəkildə istifadə ediblər. Bu kombinasiyanın tətbiqi heyvanlarda immun reaksiyanı aktivləşdirib və şişlərin böyüməsini əhəmiyyətli dərəcədə azaldıb.

Eyni zamanda, vaksin yalnız terapevtik deyil, həm də profilaktik vasitə kimi işləyib: xərçəng hüceyrələri ilə yoluxdurulmazdan əvvəl preparat verilmiş siçanlar xəstəliyə dayanıqlı olublar.

Kütləvi spektrometriya və kompüter modelləşdirməsi vasitəsilə tədqiqatçılar həm iPSC-də, həm də xərçəng hüceyrələrində aktiv, lakin sağlam toxumalarda, demək olar ki, rast gəlinməyən iki zülalı — HNRNPU və NCL-i müəyyən ediblər. Məhz bu zülallar immun sisteminin hədəfinə çevrilib: dendrit hüceyrələri onları T-hüceyrələrinə “tanıdaraq” güclü şiş əleyhinə reaksiyanı işə salıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.