Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yumurta BAHALAŞDI

Baxış: 198
Yumurta BAHALAŞDI


Yumurtanın qiymətində son günlər artım müşahidə olunur. Artım kənd yumurtasında da hiss olunur. 

Bəs bahalaşma nə ilə bağlıdır?

 milli.az xəbər verir ki, rayonlarda kənd yumurtasının qiymətində son bir həftədə artım var.

Satıcıların sözlərinə görə, artım bir neçə səbəblə bağlıdır:

"Fəsillə bağlı yumurta azdır. Bahalaşmanın ilkin səbəbi də elə budur. 40 qəpiyə alıb 45-50 qəpiyə veririk. Hava soyuyub, toyuqlar az yumurtlayır".

Alıcılar isə bahalaşmadan narazıdırlar:

"Kənd yumurtasından əlavə brolyer yumurtanın da qiyməti qalxıb. Əvvəl yumurta 20 qəpik idi, indi 2 qat bahadır". 

Məsələ ilə bağlı iqtisadçı Ruslan Atakişiyev bildirib ki, quşların saxlama üçün lazım olan dərmanların qiyməti artıb. Bu da bahalaşmaya təsir edir:

"Yemin qiyməti də sabit qalmır, qalxır. Rayonlarda təsərrüfatla məşğul olanların da sayı azalıb. Kənd təsərrüfatında gəlirlər az olduğuna görə, insanlar bununla məşğul olmağa maraqlı deyil".

İqtisadçı qeyd edib ki, yumurtanın maya dəyərində artım davam edərsə, bahalaşma da gözləniləndir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.