
Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana dövlət səfəri edəcək.
Səfər noyabrın 20-21-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında reallaşacaq.
Bildirilir ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Qazaxıstan və Ermənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

































