Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistandakı qərbyönlülər üçün biabırçılıq - Abovyandan XƏBƏRDARLIQ

Baxış: 144
Ermənistandakı qərbyönlülər üçün biabırçılıq - Abovyandan XƏBƏRDARLIQ


Postsovet məkanının cənub tərəfində NATO ilə Azərbaycan qədər güclü əlaqələri olan ikinci ölkə tapmaq mümkün deyil.

Globalinfo.az xəbər verir ki, bu sözlər erməni ekspert Arman Abovyanın məqaləsində yer alıb.

O iddia edib ki, NATO Türkiyə və Azərbaycanla birgə Ermənistanın cənub hissəsinə nəzarəti Bakıya vermək üçün hər şeyi edir.

Abovyan NATO generallarının ötən həftə Azərbaycana gəlib, Hərbi Qənimətlər Parkını ziyarət etməsinin Ermənistandakı qərbyönlülər üçün biabırçılıq olduğunu bildirib:

“Anlamalıyıq ki, NATO, Türkiyə-Azərbaycan tandemi və Qafqazdakı digər geosiyasi oyunçular hər şeydən öncə öz maraqlarını qoruyurlar. Ermənistanın maraqları isə onlarınkı ilə qismən üst-üstə düşür. Bu o deməkdir ki, sabah türklər Zəngəzur dəhlizinə fiziki müdaxilə etsələr, NATO heç bir şey etməyəcək. Bu bizim xoşumuza gəlsə də, gəlməsə də faktdır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.