Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gənclər təşkilatları Anım Günündə Fəxri və Şəhidlər xiyabanını ziyarət etdilər - FOTO

Baxış: 338
Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarının və könüllü hərəkatlarının 1 500-dən çox nümayəndəsi Vətən Müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanını ziyarət ediblər.
Fəxri Xiyabanı ziyarət zamanı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin hüquqi-siyasi təməlinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğu xüsusi olaraq vurğulandı, Müzəffər Ali Baş Komandanın ata vəsiyyətinə əməl edərək “Dəmir Yumruq” əməliyyatı nəticəsində düşməni kapitulyasiyaya məcbur etməsi ilə Ulu Öndərin ruhunun da şad olduğu bildirildi.
Ziyarətə gəlmiş gənclər və Vətən Müharibəsi qaziləri tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyev və Qarabağla bağlı şüarlar səsləndirildi, Prezidentin rəhbərliyi altında qazanılan qələbə qeyd edildi, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi hörmət və ehtiramla yad edildi.
Ziyarətin davamında Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış Əbədi məşəlin önünə və şəhidlərin məzarlarına gül dəstələri qoyuldu.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.