Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DİM-dən 300 bal toplasa da, adı siyahıda olmayan abituriyentlə bağlı AÇIQLAMA

Baxış: 63
DİM-dən 300 bal toplasa da, adı siyahıda olmayan abituriyentlə bağlı AÇIQLAMA


Dövlət İmtahan Mərkəzi buraxılış imtahanında 300 bal toplasa da, adı siyahıda olmayan abituriyentlə bağlı məsələyə aydınlıq gətirib.

DİM-dən bildirilib ki, o, xarici dil imtahanında başqa dil seçimi edib və qəbulda balı nəzərə alınacaq:

“Buraxılış imtahanı fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunun əsas xarici dil nəzərdə tutulur. Hüseynov Əhməd buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyat fənlərinin hər biri üzrə 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən aşağı bal toplayıb.
H.Əhməd ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı xarici dili deyil, öz istədiyi xarici dili seçmək imkanından yararlanaraq ingilis dilini seçib və əlavə imtahan verməklə 100 bal toplayıb. Bu bal ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq”.

Qeyd edək ki, aprelin 19-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlananda diqqətlər əsasən 300 bal toplayan cəmi bir abituriyentin üzərində cəmlənib, amma maraqlısı odur ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov da imtahanda mümkün olan ən yüksək nəticəni - 300 balı toplayıb. 
Məsələ budur ki, abituriyent məktəbdə tədris olunan xarici dildən fərqli dil seçib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.