Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev Faiq Həsənovu təbrik etdi

Baxış: 204
İlham Əliyev Faiq Həsənovu təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova təbrik məktubu ünvanlayıb.

“Məktubda deyilir:

“Hörmətli Faiq müəllim!

Sizi 85 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycanda şahmatın inkişaf etdirilməsi, geniş təbliği və yeni nəsil şahmatçıların yetişməsi işinə mühüm töhfələr vermisiniz. Ölkəmizdə çoxsaylı şahmat yarışlarının uğurlu təşkilində böyük xidmətləriniz vardır.

Dünya şahmat ictimaiyyəti uzun illərdən bəri Sizi 150-dən artıq mötəbər beynəlxalq turnirdə, o cümlədən FİDE Qran-priləri, Ümumdünya Şahmat Olimpiadası və Dünya Kubokunda ədaləti qorumuş nüfuzlu baş hakim kimi tanıyır, təqdir edir və səmərəli fəaliyyətinizə ehtiramla yanaşır.

Azərbaycan şahmat məktəbinin inkişafına töhfələriniz dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Siz dəfələrlə təltiflərə layiq görülmüşsünüz.

Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, uzun ömür və möhkəm cansağlığı arzulayıram”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.