Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Elnur Məmmədov: Azərbaycan BƏƏ ilə əlaqələrini dərinləşdirməyə sadiqdir

Baxış: 216

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələrini dərinləşdirməyə sadiqdir. BƏƏ-nin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana səfəri ikitərəfli münasibətlərimizə böyük təsir göstərib. 

Bu fikri Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib. 

O əlavə edib ki, Azərbaycan və BƏƏ arasında əməkdaşlığın ən perspektivli sahələrindən biri də alternativ enerji sahəsidir. Azərbaycan öz enerji kompleksini şaxələndirmək və karbon emissiyalarını azaltmaq öhdəliyinə sadiqdir. "Resurslarımızı birləşdirmək, təcrübə mübadiləsi aparmaq və innovativ texnologiyalara sərmayə qoymaqla biz təkcə öz ölkələrimiz üçün deyil, həm də bütün dünya üçün daha davamlı gələcəyə töhfə vermiş olacağıq”, - deyə E.Məmmədov vurğulayıb.

Nazir müavini bildirib ki, Azərbaycan işğaldan azad edilmiş torpaqlarında genişmiqyaslı yenidənqurma işlərinə başlayıb. Azərbaycanın bu çox milyardlıq sərmayəsi keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz torpaqlarına qayıtması üçün lazımi şərait yaratmaq məqsədi daşıyır: “Beynəlxalq ictimaiyyətin səsi Azərbaycanın reabilitasiya və yenidənqurma səylərinə, xüsusilə humanitar minatəmizləmə təşəbbüslərinə daha çox dəstəyin səfərbər edilməsində mühüm rol oynaya bilər. 

Bu baxımdan, BƏƏ-nin bu çətin dövrdə Azərbaycana göstərdiyi əvəzsiz mühüm yardımı yüksək qiymətləndiririk. Bu dəstək təkcə minaların təmizlənməsindən ibarət deyil, ümidləri bərpa etmək və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına şərait yaratmaqdır. BƏƏ də Azərbaycanın Qarabağ bölgəsinə əhəmiyyətli humanitar yardım göstərib”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.