Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib

Baxış: 243

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Odessa şəhərində ölkəmizin diaspor nümayəndələri ilə görüşüb.

 “Azərbaycan Evi”ndə keçirilən görüşün əsas məqsədi diaspor təşkilatlarının regionda fəaliyyəti ilə tanış olmaq, onların üzləşdiyi problemləri müzakirə etmək, gələcək hədəfləri müəyyənləşdirməkdir.

Azərbaycanın milli maraqlarının müdafiəsi naminə birgə fəaliyyətin vacibliyini vurğulayan səfir S.Mərdəliyev bildirib: “Bu gün qalib ölkənin diaspor fəalları kimi qürurlusunuz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Odessada yaşayan həmvətənlərimiz də yeni çağırışlara cavab olaraq öz fəaliyyətini qurmalıdır. 

Bütün ölkələrdə olduğu kimi, Ukraynada da diaspor üzvləri həmişə Azərbaycan dövlətinin dəstəyini hiss edib. Müharibə şəraitinə baxmayaraq, Odessada yaşayan həmvətənlərimiz fəaliyyətlərini davam etdirirlər”.

Sonra diaspor nümayəndələrinin çıxışları və təklifləri dinlənilib. Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını, lazımi qərarların qəbul ediləcəyini söyləyib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.