Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransada azərbaycanlı rəssam medalla təltif olunub

Baxış: 233

Parisdə “Toğrul Nərimanbəyov” Assosiasiyasının (“Association de Togrul Narimanbekov”) rəhbəri, “Natəvan” həftəsonu məktəbinin müəllimi, görkəmli rəssam Əsmər Nərimanbəyova medalla təltif olunub. 

Diasporla İş üzrə Dövlət Komitəsindən bildi o, rəssamlıq sahəsindəki istedadı, yaradıcılığı və beynəlxalq arenada mədəniyyətin təbliğinə verdiyi töhfələrə görə Fransanın “Arts-Sciences-Lettres” Akademik Cəmiyyətinin yüksək mükafatına layiq görülüb.

Ə.Nərimanbəyova həm Azərbaycan mədəniyyətini, həm də dünya incəsənətini zənginləşdirən əsərləri ilə tanınır. Əsərlərinin hər biri mövzu və janr rəngarəngliyi, estetik kamilliyi ilə fərqlənən azərbaycanlı rəssamın sərgiləri ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraqla qarşılanır.

Qeyd edək ki, Əsmər Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun qızıdır. Onun əsərləri dəfələrlə Fransa, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrdə sərgilənib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.