Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.Sahibkartv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayında (yanvar-avqust dövründə) xarici ticarət iştirakçılarının sayı 45 min 39 şəxs olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 min 476 şəxs çoxdur. 2020-ci ilin 8 ayında xarici ticarət iştirakçılarının sayı 32 min 563 şəxs təşkil etmişdi.
Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 559 şəxs artaraq 7 min 630 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 11 min 917 şəxs artaraq 37 min 409 şəxsə yüksəlib. Ötən ilin 8 ayında 7 min 71 hüquqi, 25 min 492 fiziki şəxs xarici ticarət iştirakçısı idi.
Qeyd edək ki, 2020-ci ilin 12 ayı ərzində xarici ticarət iştirakçılarının sayı 45 min 462, o cümlədən fiziki şəxslərin sayı 37 min 211, hüquqi şəxslərin sayı 8 min 251 olmuşdu.
Qeyd edək ki, xarici ticarət iştirakçısı olan fiziki şəxslərin böyük hissəsi idxal ilə məşğul olanlardır.
Xarici ticarət iştirakçılarının sayı (2021-ci ilin yanvar-avqust dövrü)
Xarici ticarət iştirakçılarının sayı (2020-ci ilin yanvar-avqust dövrü)





































